Menyu

Bənövşəyi xətdə 6 yeni stansiya inşa ediləcək

Nərmin Qocamanlı
Bənövşəyi xətdə 6 yeni stansiya inşa ediləcək
1 dəq oxu

Nizami və Sahil stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq.

Operativ Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. 

Onun sözlərinə görə, bununla bağlı ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. 

“Yeri gəlmişkən bu 10 stansiya arasında olan “Ağşəhər” və NZS qəsəbəsində tikiləcək stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün çox vacibdir. Bənövşəyi xətdə isə 6 yeni stansiya inşa ediləcək. Nəticədə bu xətdə də intervallar azaldılacaq. “Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşıma metronun gücü 88 milyon nəfər artırılacaq”, - o, bildirib.
 

Əlaqəli Xəbərlər