Menyu

Leandro Andrade 100-cü oyununa çıxıb

Əziz Əzizli
Leandro Andrade 100-cü oyununa çıxıb

Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Operativ Media xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının 29-cu tura təsadüf edib.

25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.

Teqlər:

"Leandro Andrade 100-c\u00fc oyununa \u00e7\u0131x\u0131b"

Əlaqəli Xəbərlər