Menyu

Azərbaycan karateçiləri qran-pridə birinci oldular

Əziz Əzizli
Azərbaycan karateçiləri qran-pridə birinci oldular

Azərbaycan karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub.

Operativ Media xəbər verir ki, təmsilçilərimiz 177 medal (42 qızıl, 49 gümüş, 86 bürünc) əldə ediblər.

İdmançılar həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər.

Qazaxıstan (11 qızıl, 4 gümüş, 8 bürünc) ikinci, Türkiyə (8 qızıl, 8 gümüş, 7 bürünc) üçüncü olub.

Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə reallaşıb. Turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.

Teqlər:

"Az\u0259rbaycan karate\u00e7il\u0259ri qran-prid\u0259 birinci oldular"

Əlaqəli Xəbərlər