AÇ: Azərbaycan güləşçiləri yarımfinalda məğlub oldular
Əziz Əzizli
Bu gün Bratislavada (Slovakiya) güləş üzrə Avropa çempionatı başlayıb.
Operativ Media xəbər verir ki, AÇ-nin ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxıb.
İslam Bazarqanov (57 kq) 1/4 finalda Muhammet Karamuşu (Türkiyə) məğlub edib - 8:1. O, yarımfinalda Naçın Monquşa (UWW) uduzub - 0:5.
Əli Rəhimzadə (65 kq) Ayub Musaevaya (Belçika) 7:2, daha sonra Niko Meqerleyə (Almaniya) 10:0 hesabı ilə qalib gəlib. Rəhimzadə yarımfinalda Xamzat Arsamerzuevə (Fransa) məğlub olub - 3:4.
Kənan Heybətov (70 kq) startda Benedikt Huberə (Avstriya) erkən qalib gəlib - 10:0, daha sonra Mixail Georgiyevə (Bolqarıstan) qalib gəlib - 4:1. Onun yarımfinaldakı rəqibi David Baev (UWW) olub və ona 0:3 hesabı ilə uduzub.