AÇ: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır
Əziz Əzizli
Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında bu gün Azərbaycan güləşçiləri bir neçə çəki dərəcəsində xalça üzərinə çıxacaqlar.
Operativ Media xəbər verir ki, turnirin proqramına əsasən, qarşılaşmalar Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
79 kq çəki dərəcəsində təsəlliverici görüşdə Oqtay Abasov Slovakiya təmsilçisi A.Qulayev ilə üz-üzə gələcək. 74 kq çəki dərəcəsində təsnifat mərhələsində isə A.Novruzov Qırğızıstan güləşçisi Y.Akuliç ilə qüvvəsini sınayacaq.
1/8 final mərhələsində 86 kq-da A.Dijoyev Rusiya nümayəndəsi A.Nayfonov ilə qarşılaşacaq. 92 kq çəki dərəcəsində isə O.Nurmaqomedov Ukrayna təmsilçisi D.Sahalyuk ilə mübarizə aparacaq.
Bundan əlavə, 61 kq-da N.Novruzov İsveçrəli N.Leutert ilə, 125 kq çəki dərəcəsində isə G.Meşvildişvili Macarıstanlı V.Baytsayev və bolqarıstanlı G.İvanovla gərgin rəqabətə çıxacaqlar.
Teqlər:
"A\u00c7: Az\u0259rbaycan\u0131n daha 5 g\u00fcl\u0259\u015f\u00e7isi m\u00fcbariz\u0259y\u0259 ba\u015flay\u0131r"