Menyu

Millətlər Liqası: "Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

Əziz Əzizli
Millətlər Liqası: "Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün UEFA Millətlər Liqasının C Liqasındakı növbəti sınağına çıxacaq.

Operativ Media xəbər verir ki, 4-cü qrupda mübarizə aparan Azərbaycan millisi səfərdə Monteneqro yığması ilə qarşılaşacaq.

Görüş Monteneqronun Nikşiç şəhərində, Nikşiç şəhər stadionunda keçiriləcək. Qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marta San Juan olacaq. Ona köməkçilər kimi Carlos Gonçalves və Luis Acosta, dördüncü hakim kimi isə Antoine Chiaramonti təyin edilib.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, hazırda Azərbaycan və Monteneqro komandaları hərəyə 4 xalla turnir cədvəlində ilk iki pilləni bölüşür. Bu oyunun nəticəsi qrup liderliyi baxımından böyük əhəmiyyət daşıyır.

Teqlər:

"Mill\u0259tl\u0259r Liqas\u0131: \"Az\u0259rbaycan millisi Monteneqro il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər