08 Aprel 2025, 10:33
"Liverpul" Salah və Van Deyklə müqaviləni uzadacaq
"Liverpul" mövsüm sonunda iki futbolçusu ilə müqaviləni yeniləyəcək.

"Liverpul" hücumçu Məhəmməd Salah və müdafiəçi Vircil van Deykin müqaviləsini uzatmaqda nikbindir.
Operativ Media xəbər verir ki, bu haqda "The Atlethic" nəşri məlumat yayıb.
Mövcud müqavilələrin müddəti yayda bitir, lakin uzadılması üçün danışıqlar uğurla davam edir.
32 yaşlı Salah bu mövsüm Premyer Liqada 31 matçda 27 qol vurub və 17 məhsuldar ötürmə edib. O, çempionatın bombardiridir.
33 yaşlı Van Deyk bütün yarışlarda 43 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Salah və Van Deyk “Liverpul”da çalışdıqları müddətdə İngiltərə çempionu, İngiltərə kuboku və Superkubokunun qalibi, Çempionlar Liqasının qalibi, UEFA Superkubokunun, iki dəfə İngiltərə Liqa kubokunun, bir dəfə isə Klublararası Dünya Kubokunun qalibi olublar.