Menyu

"Mançester Siti"nin norveçli hücumçusu klubdan ayrıla bilər

Əziz Əzizli
"Mançester Siti"nin norveçli hücumçusu klubdan ayrıla bilər

"Mançester Siti"nin hücumçusu Erlinq Holann klubdan ayrılmağı düşünür.

Operativ Media "El Nacional"a istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, 24 yaşlı futbolçu komandasının son nəticələrindən narazıdır və bu, onu klub dəyişməyə sövq edə bilər. 2034-cü ilə qədər müqaviləsi olsa belə, nəhayət ayrılmaq qərarına gəlsə, "Mançester Siti" üçün ulduzu saxlamaq çətin olacaq.

PSJ və "Bavariya"  norveçli hücumçunu transfer etməkdə maraqlıdır.

Bundan əvvəl Holann İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la matçda (2:1) topuqdan zədə alıb. Baş məşqçi Xosep Qvardiolanın sözlərinə görə, hücumçu 5-7 həftə yaşıl meydanlardan kənar qalacaq. O, bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Man\u00e7ester Siti\"nin norve\u00e7li h\u00fccum\u00e7usu klubdan ayr\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər