Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Zirə" ilə keçirilən matçda zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borqesin zədəsinin vəziyyəti ciddi deyil.
Bu haqda Operativ Media-ya açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
"Kadinin zədəsi ciddi deyil. İki günlük müalicədən sonra vəziyyəti yaxşılaşıb. Sabahdan komanda ilə məşqlərə qoşulması gözlənilir".
Qeyd edək ki, "Qarabağ" Kadi Borqesi qış transfer pəncərəsində həyətinə qatıb.
Teqlər:
"Kadi Borqesin z\u0259d\u0259sinin son durumu bilindi"