Azərbaycan Premyer Liqasının 29-cu turundan sonra bir sıra intizam tədbirləri görülüb.
Operativ Media xəbər verir ki, 05 aprel 2025-ci il tarixində keçirilmiş “Səbail” – “Turan Tovuz” oyunundan sonra “Turan Tovuz” klubunun 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyunu şərti olmaqla, ümumilikdə 2 oyunluq cəzalandırılıb. Klub 2000 manat məbləğində cərimələnib. Sınaq müddəti isə 3 ay müəyyən edilib.
Bundan əlavə, 06 aprel 2025-ci il tarixində baş tutan “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1500 manat cərimə olunub.
07 aprel 2025-ci il tarixində keçirilmiş “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda isə “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Cari mövsümdə bu hal üçüncü dəfə təkrarlandığı üçün klub 1000 manat məbləğində cərimələnib.