Azərbaycan güləşçisi Avropa Çempionatının finalına yüksəldi
Əziz Əzizli
Slovakiyanın paytaxtı Brotislavada güləş üzrə Avropa çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, 92 kq çəki dərəcəsində güləşən Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov yarımfinalda gürcüstanlı dünya ikincisi Miriani Maysuradzeyə 5:2 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.
Ağanəzər Novruzov (74 kq) yarımfinalda albaniyalı olimpiya medalçısı Çermen Valiyevə 0:6 hesabıyla məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.
Teqlər:
"Az\u0259rbaycan g\u00fcl\u0259\u015f\u00e7isi Avropa \u00c7empionat\u0131n\u0131n final\u0131na y\u00fcks\u0259ldi"