Yeni tariflər ABŞ-yə gündə 2 milyard dollar gəlir gətirir
Yeni tariflər ABŞ-yə gündə 2 milyard dollar gəlir gətirir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Donald Tramp məlumat verib.
"Biz gündə təxminən 2 milyard dollar gəlir əldə edirik. Hazırda bu sahədə işlər çox yaxşı gedir", - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Siyahıya 183 ölkə və Aİ daxildir.
Bildirək ki, Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib.
Teqlər:
"Yeni tarifl\u0259r AB\u015e-y\u0259 g\u00fcnd\u0259 2 milyard dollar g\u0259lir g\u0259tirir"