Menyu

Modriç: ""Arsenal daha güclü idi"

Əziz Əzizli
Modriç: ""Arsenal daha güclü idi"

"Real Madrid"in 39 yaşlı xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda komandasının darmadağın edilməsinə münasibət bildirib. "Arsenal" 3:0 hesabı ilə qalib gəlib.

Operativ Media xəbər verir ki, o bu haqda "CBS Sports"a danışıb.

"İki qol buraxdıqdan sonra konsentrasiyanı itirdik. Belə qollar buraxmaq çox çətindir. Amma futbolda belə olur. "Arsenal bu gün daha güclü idi. Bu, faktdır".

Cavab oyunu aprelin 16-da "Santyaqo Bernabeu"da keçiriləcək.

Bundan əvvəl "Real Madrid" 1/8 finalda "Atletiko Madrid"i penaltilər seriyasında (2:2, 4:2), "Arsenal" isə PSV-ni ümumi 9:3 hesabı ilə darmadağın edib.

Teqlər:

"Modri\u00e7: \"\"Arsenal daha g\u00fccl\u00fc idi\""

Əlaqəli Xəbərlər