Luis Enrike: "Aston Villa" Emeri sayəsində son iki ildə xeyli inkişaf etdi"
Əziz Əzizli
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının pley-off mərhələsinin 1/4 finalında Aston Villa ilə görüşlə bağlı gözləntilərini bölüşüb.
Operativ Media xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.
"Futbolda favorit deyə bir şey yoxdur. Bütün 1/4 final iştirakçıları bu mərhələdə oynamağa layiq idilər. Biz üzərimizə düşəni etməliyik və meydanda qələbə qazanmağa layiqik. Unai Emeri yaxşı baş məşqçidir. "Aston Villa" əla komandadır. O, Emeri sayəsində son iki ildə çox inkişaf edib. Kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Hər iki komanda üçün çətin və açıq qarşıdurmadır”, - deyə Enrike bildirib.
PSJ - Aston Villa oyunu aprelin 9-da Fransada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Teqlər:
"Luis Enrike: \"Aston Villa\" Emeri say\u0259sind\u0259 son iki ild\u0259 xeyli inki\u015faf etdi\""