Menyu

"Fənərbaxça" klubunun sabiq baş məşqçisi Braziliya millisini çalışdıra bilər

Əziz Əzizli
"Fənərbaxça" klubunun sabiq baş məşqçisi Braziliya millisini çalışdıra bilər

"Əl-Hilal"ın baş məşqçisi Jorje Jesus Braziliya millisini çalışdırmağa yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda UOL məlumat yayıb.

Mənbənin məlumatına görə, Braziliya Futbol Konfederasiyası 70 yaşlı portuqaliyalıya görə 2,5 milyon avro təzminat ödəməyə hazırdır. Təşkilat Jesusun may ayında Braziliya millisinə rəhbərlik etməsini istəyir.

Təcrübəli baş məşqçinin millidəki maaşı “Əl-Hilal”da aldığı maaşın təxminən 20 faizini təşkil edəcək, lakin onun böyük mükafatları olacaq.

Martın 28-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentinaya məğlubiyyətdən (1:4) sonra Dorival Junior Braziliya millisinin baş məşqçisi vəzifəsindən azad edilib.

Teqlər:

"\"F\u0259n\u0259rbax\u00e7a\" klubunun sabiq ba\u015f m\u0259\u015fq\u00e7isi Braziliya millisini \u00e7al\u0131\u015fd\u0131ra bil\u0259r"

Əlaqəli Xəbərlər