Menyu

Fabio Kannavaro Xorvatiya klubundan ayrıldı

Əziz Əzizli
Fabio Kannavaro Xorvatiya klubundan ayrıldı

Zaqreb “Dinamo”su komandanın baş məşqçisi Fabio Kannavaronu istefaya göndərib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat paylaşıb.

Mövsümün sonuna kimi komandanı Sandro Perkoviçin çalışdıracağı bildirilir.

51 yaşlı Kannavaro 2024-cü ilin dekabrında Zaqreb “Dinamo”sunun baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında Xorvatiya klubu 14 oyun keçirib, 7 qələbə qazanıb, 5 dəfə uduzub və 2 dəfə heç-heçə edib.

“Dinamo” 28 oyunda 46 xal toplayaraq Xorvatiya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Teqlər:

"Fabio Kannavaro Xorvatiya klubundan ayr\u0131ld\u0131"

Əlaqəli Xəbərlər