Azərbaycan millisi Avropa çempionatında birinci yeri tutdu
Əziz Əzizli
Slovakiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə yarışa yekun vurulub.
Operativ Media xəbər verir ki, Qitə birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz 119 xalla komanda hesabında Avropa çempionu olub.
Gürcüstan (114) ikinci, Türkiyə (73) isə üçüncü yeri tutub.
Bununla da sərbəst güləşdə Avropa çempionluqlarımızın sayı 5-ə çatıb. Buna qədər 2009, 2017, 2022 və 2023-cü illərdə də sərbəst güləş yığmamız qitənin ən güclü komandası ünvanına sahib çıxıb.
Xatırladaq ki, təmsilçilərimizdən Giorgi Meşvildişvili (125 kq) qızıl Osman Nurmaqomedov (92 kq) gümüş İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıb.
Teqlər:
"Az\u0259rbaycan millisi Avropa \u00e7empionat\u0131nda birinci yeri tutdu"