Menyu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

Əziz Əzizli
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
1 dəq oxu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Operativ Media xəbər verir ki, namizədlərin siyahısı UEFA-nın rəsmi saytında paylaşılıb.

İlk 1/4 final görüşləri aprelin 8-i və 9-da baş tutub.

Çərşənbə axşamı "Arsenal" "Real Madrid"i 3:0, "İnter" "Bavariya"nı 2:1, çərşənbə günü "Barselona" "Borussiya"nı 4:0, PSJ isə "Aston Villa"nı 3:1 hesabı ilə məğlub edib.

Səsverməyə Deklan Rays (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski (“Barselona”) daxildir.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.

Əlaqəli Xəbərlər