Menyu

İlk dəfə azərbaycanlı nümayəndə avrokubokların 1/4 finalına təyinat alıb

Əziz Əzizli
İlk dəfə azərbaycanlı nümayəndə avrokubokların 1/4 finalına təyinat alıb
1 dəq oxu

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Djurgarden” (İsveç) oyununun UEFA nümayəndəsi olacaq. Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.

Aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əlaqəli Xəbərlər