"Barselona"nın sabiq futbolçusu idman mağazasında işləyir
Əziz Əzizli
"Barselona", "Valensiya" və "Sportinq" kimi Avropanın önəmli klublarında çıxış etmiş Fransa yığmasının sabiq futbolçusu Ceremi Matye Marseldə bir mağazada işləməyə başlayıb.
Operativ Media "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, transferlərinə ümumilikdə 25 milyon avro xərclənmiş Ceremi Matyenin idman mağazasında satış meneceri vəzifəsində çalışdığı bildirilib. Sosial şəbəkələrdə gündəm olan bu vəziyyətdən sonra keçmiş futbolçunun məşqçilik üzrə də çalışmalarını davam etdirdiyi məlum olub.
Fransa millisinin formasını ümumilikdə 5 dəfə geyinmiş 41 yaşlı sabiq futbolçu Barselona ilə Çempionlar Liqası və La Liqa çempionluqları yaşayıb. Karyerası ərzində ümumilikdə 617 rəsmi oyunda meydana çıxan sol cinah müdafiəçisi 41 qol və 39 assistlə yadda qalıb.
Teqlər:
"\"Barselona\"n\u0131n sabiq futbol\u00e7usu idman ma\u011fazas\u0131nda i\u015fl\u0259yir"