Menyu

Adeyemi "Borussiya"nın "Barselona"ya qarşı çıxışını biabırçılıq adlandırır

Əziz Əzizli
Adeyemi "Borussiya"nın "Barselona"ya qarşı çıxışını biabırçılıq adlandırır

"Borussiya"nın yarımmüdafiəçisi Kərim Adeyemi Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə ilk oyunundakı çıxışından məyus olub.

Operativ Media xəbər verir ki, " Borussiya Dortmund" 0:4 hesablı məğlubiyyətlə üzləşib.

"Borussiya"nın oyunu, o cümlədən mənim və bütün komanda üçün biabırçılıqdır. İstədiyimiz bu deyildi. Amma olan budur. Yarımfinala çıxmaq şansımız hələ də var, baxmayaraq ki, bunu etmək çox, çox çətin olacaq. Ümidlərimizi cavab oyununa bağlayırıq. Çətindir, amma bu, futboldur. Biz öz stadionumuzda olacağıq".

Aprelin 15-də Almaniyada “Borussiya” və “Barselona” arasında cavab oyunu keçiriləcək.Bu cütün qalibi yarımfinalda “Bavariya” və ya “İnter”lə qarşılaşacaq (ilk oyun 2:1 hesabı ilə “İnter”in xeyrinə olub).

Teqlər:

"Adeyemi \"Borussiya\"n\u0131n \"Barselona\"ya qar\u015f\u0131 \u00e7\u0131x\u0131\u015f\u0131n\u0131 biab\u0131r\u00e7\u0131l\u0131q adland\u0131r\u0131r"

Əlaqəli Xəbərlər