Avropa Kubokunda Azərbaycan 35 cüdoçu ilə təmsil olunacaq
Əziz Əzizli
Avropa Cüdo Birliyinin təqviminə əsasən, 12-13 apreldə Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, turnirdə 15 ölkədən 357 idmançı mübarizə aparacaq.
Azərbaycan yarışda 15 çəki dərəcəsində 35 cüdoçu (16 oğlan, 19 qız) ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Tbilisi Avropa Kubokunda iştirak edəcək heyətlə judo.az saytında tanış ola bilərsiniz.