07 Fevral 2023, 11:14
Çin Türkiyəyə 6 milyon dollarlıq yardım göndərəcək
Çin Türkiyəyə 6 milyon dollarlıq yardım göndərəcək şəkil
Çin Türkiyəyə 6 milyon dollarlıq yardım göndərəcək

Çin, Kahramanmaraşın Pazarcık rayonunda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələdən zərər çəkənlərə kömək məqsədilə Türkiyəyə 6 milyon dollarlıq təcili yardım təklif edib.

"Operativ Media" xəbər verir ki, Çin Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi, etdiyi şərhdə, Kahramanmaraşın Pazarcık rayonunda baş verən və bir çox bölgəni təsir edən zəlzələ ilə əlaqədar başsağlığı mesajı çatdıraraq həm Türkiyə, həm də Suriya ilə təmasda olduqlarını açıqlayıb.

Agentliyin sözçüsü zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə yardım təklif etdiklərini və 40 milyon yuan (təxminən 6 milyon dollar) dəyərində ilk tranşın çatdırılacağını bildirib.

Digər tərəfdən Çin Qızıl Xaç Cəmiyyəti Türkiyə və Suriyaya 200 min dollar dəyərində təcili yardım edəcəklərini açıqlayıb.

Son xəbərlər
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Sumqayıt Tekstil Fabrikində 19 nəfər zəhərlənib - YENİLƏNİB