Menyu

AFFA prezidenti: "Fernandu Santuşa oyun və nəticələrlə bağlı narahatlığımızı bildirmişik"

Əziz Əzizli
AFFA prezidenti: "Fernandu Santuşa oyun və nəticələrlə bağlı narahatlığımızı bildirmişik"

"Yaxın gələcəkdəki nəticələrdən asılı olaraq AFFA zəruri qərarları qətiyyətlə qəbul edəcək".

Operativ Media xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, millinin baş məşqçisi Fernandu Santuşa narahatlıqlarını bildirdiklərini qeyd edib.

"Təəssüf ki, kişilərdən ibarət Azərbaycan milli komandası son dövrlərdəki nəticələri ilə bizi sevindirə bilmədi. Əlbəttə ki, biz milli komandamızın, istər UEFA Millətlər Liqasında, istərsə də, son yoldaşlıq görüşlərindəki oyunların nəticələrindən razı deyilik. Baş məşqçi cənab Fernandu Santuşla görüşümüz olub. Həm oyun, həm də nəticələrlə bağlı narahatlığımız onun diqqətinə çatdırılıb. Gələcək gözləntiləri müzakirə etmişik . Milli komandamızın qarşıdakı yoldaşlıq oyunlarında, eləcə də seçmə mərhələdə məzmunlu oyun nümayiş etdirərək qənaətbəxş nəticələrə imza atacağına ümid edirik. Bu istiqamətdə milli komandamıza və məşqçilərin qarşısına qoyulan AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək hədəfi dəyişməz olaraq qalır. Yaxın gələcəkdəki nəticələrdən asılı olaraq AFFA zəruri qərarları qətiyyətlə qəbul edəcək".

Teqlər:

"AFFA prezidenti: \"Fernandu Santu\u015fa oyun v\u0259 n\u0259tic\u0259l\u0259rl\u0259 ba\u011fl\u0131 narahatl\u0131\u011f\u0131m\u0131z\u0131 bildirmi\u015fik\""

Əlaqəli Xəbərlər