11 Aprel 2025, 10:44
UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlandı
AFFA-nın Hesabat Konfransı keçirilir
UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlandı şəkil
UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait açıqlandı

UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu ümumilikdə klublarımıza 38 milyon 716 min 172 manat ödəyib.

Bunlardan 28 milyon 319 min 296 manatı “Qarabağ”a, 3 milyon 216 min 762 manatı “Zirə”yə, 2 milyon 561 min 814 manatı “Sabah”a, 1 milyon 419 min 053 manatı “Sumqayıt”a, 878 min 948 manatı “Neftçi”yə, 577 min 585 manatı “Qəbələ”yə, 447 min 668 manatı “Səbail”ə, 426 min 696 manatı “Turan Tovuz”a, 413 min 943 manatı “Şamaxı”ya, 413 min 943 manat “Kəpəz”ə, 40 min 470 manat “Araz-Naxçıvan”a verilib

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq milli assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

Son xəbərlər
ABŞ Dövlət Departamentindən Əbu-Dabi görüşünə reaksiya
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb