Menyu

AFFA-nın baş katibi: "AFFA-da kadr çatışmazlığı var"

Əziz Əzizli
AFFA-nın baş katibi: "AFFA-da kadr çatışmazlığı var"

"Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Millimizin nəticələri hamımızı məyus edir”.

Operativ Media xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, vəziyyətdən çıxış yolu tapılmalıdır.

“Bunun üçün İnkişaf Strategiyası qəbul olundu. Düzgün plan uğurlu işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. AFFA-da kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə milli assosiasiyanın strukturunda dəyişikliklər olacaq. Hər şeyi sıfırdan qurmalıyıq”, – deyə Cahangir Fərəcullayev vurğulayıb.

Baş katib uşaq futbolunda problemlərin olduğunu etiraf edib: “Bunun üçün yaxşı infrastruktur lazımdır. Hazırda bir nömrəli problem məşqçi qıtlığıdır. 10 milyonluq ölkə üçün cəmi 7 təlimçimiz var. Ona görə təlimçi yetişdirməliyik. Bunun üçün müəyyən vaxt lazımdır. AFFA tərəfindən təkliflər paketi hazırlanıb müvafiq qurumlara təqdim olunacaq”.

Teqlər:

"AFFA-n\u0131n ba\u015f katibi: \"AFFA-da kadr \u00e7at\u0131\u015fmazl\u0131\u011f\u0131 var\""

Əlaqəli Xəbərlər