
Türkiyə Super Liqası komandası "Konyaspor"a FİFA tərəfindən 3 illik transfer qadağası qoyulub.
Operativ Media xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat paylaşılıb.
Bu qadağaya səbəb rumıniyalı futbolçu Aleksandreu Cicaldaunun FİFA-ya şikayət etməsidir
"Konyaspor"un 956 min TL-lik qazancının vergisini ödəməli olduğunu bildirən Cicaldau məsələni FİFA-ya çatdırıb. FİFA Cicaldaunu haqlı görüb və məbləği ödəmək üçün "Konyaspor"a məktub göndərib. “Konyaspor” bu məbləği ödəmədiyi üçün transfer qadağası qoyulub.
Lakin Cicaldau maaşının yerdə qalan 210 min avrosunun ödənilməməsinə görə "Konyaspor"a qarşı ayrıca iddia qaldırıb. FİFA müqavilə şərtlərini yerinə yetirmədiyi üçün "Konyaspor"u günahkar bilib.
"Konyaspor" tələb olunan cəmi 956 min TL və 210 min avro ödəsə, transfer lövhəsi açılacaq.