AÇ: Azərbaycanın üç yunan-Roma güləşçisi mərhələ adladı
Əziz Əzizli
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərimübarizəyə başlayıblar.
Operativ Media xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov ilk görüşündə Belarus təmsilçisi Qleb Makarankaya qarşı dominant çıxış nümayiş etdirib. Rəqibinə 6:1 hesabı ilə qalib gələn təcrübəli pəhləvanımız 1/4 final mərhələsinə yüksəlib.
130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki isə ukraynalı Mixaylo Vişnivetski ilə qarşılaşıb. Güləşçimiz bu görüşü vaxtından əvvəl, “tuş”la qələbə ilə başa vuraraq adını növbəti mərhələyə yazdırıb.
İslam Abbasov (87 kq) polşalı Şimon Şimanoviçə 4:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu gün daha 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.