11 Aprel 2025, 14:35
AFFA Premyer Liqa klublarına ayrılan məbləği azaltdı
Bi gün AFFA Hesabat Konfransı keçirilib.

AFFA-nın 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə milli assosiasiyanın Hesabat Konfransında bildirilib.
Əvvəl olduğu kimi yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək.
Bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.