11 Aprel 2025, 16:42
Vitali Borisov: "Bu matç bizim üçün nüfuz oyunudur"
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov İsveçlə öyün öncəsi fikirlərini bölüşüb.
Vitali Borisov: "Bu matç bizim üçün nüfuz oyunudur" şəkil
Vitali Borisov: "Bu matç bizim üçün nüfuz oyunudur"

Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün İsveçlə qarşılaşacaq Azərbaycan millisi Helsinqborq Arenada son məşqini keçirib.

Operativ  Media xəbər verir ki, standart vəziyyətlər üzərində işləyən komandanın baş məşqçisi Vitali Borisov durumla bağlı azfutzal.az-a bunları deyib:

“İsveçdə iki məşq keçirdik. Həm taktiki planda çalışmalar etdik, həm də bu məşqlər zalın örtüyünə uyğunlaşmaq baxımından əhəmiyyətli idi. Komandada əhval-ruhiyyə yaxşıdır. Uşaqlar sona qədər mübarizə aparacaqlar.

Qrupdan çıxmaq baxımından şansımız qalmasa da, reytin xalları və ilk qələbəmizi qazanmaq üçün “döyüşəcəyik”. Bir növ bu matç bizim üçün nüfuz oyunudur. Əlbəttə, bura tam heyətlə gələ bilmədik. Çünki zədəli futzalçılarımız oldu. Onların yoxluğuna rəğmən, çalışacağıq buradan sərfəli nəticə ilə dönək və Bakıda Xorvatiyaya qarşı yaxşı oyun keçirək. Futzalçılarımız onlara verilən tapşırıqları düzgün icra edə bilsələr, istədiyimizi əldə edəcəyik”.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb