Azərbaycan şahmatçısı Avropa Çempionatında yüksək nəticə göstərdi
Əziz Əzizli
Yunanıstanın Rodos adasında qadınlar arasında keçirilən şahmat üzrə Avropa çempionatı yekunlaşıb.
Operativ Media xəbər verir ki, nüfuzlu turnirdə Azərbaycanı təmsil edən şahmatçılar arasında ən yüksək nəticəyə beynəlxalq usta Gülnar Məmmədova imza atıb.
Son turda qələbə qazanan Azərbaycan şahmatçısı ümumilikdə 7,5 xal toplayaraq turnir cədvəlində yüksək mövqe tutub və bu nəticə ilə şahmat üzrə Dünya Kubokuna vəsiqə qazanmağa nail olub.
Teqlər:
"Az\u0259rbaycan \u015fahmat\u00e7\u0131s\u0131 Avropa \u00c7empionat\u0131nda y\u00fcks\u0259k n\u0259tic\u0259 g\u00f6st\u0259rdi"