Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir
Nərmin Qocamanlı
Fevralın 6-da Türkiyədə 7,7 və 7.6 maqnitudalı zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin müxtəlif bölgələrində - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Fevralın 7-nə olan son məlumatlara əsasən: zəlzələ nəticəsində 3432 nəfər həlak olub, 21 103 nəfər yaralanıb.
Qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edir.
Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər.