Menyu

Mbappe qırmızı vərəqədən sonra "Alaves"in futbolçusundan üzr istəyib

Əziz Əzizli
Mbappe qırmızı vərəqədən sonra "Alaves"in futbolçusundan üzr istəyib

"Real"ın hücumçusu Kilyan Mbappe İspaniya La Liqasının 31-ci turunda "Alaves"in futbolçusu Antonio Blankoya qarşı sərt kobud oyuna görə ondan üzr istəyib.

Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

Aprelin 13-də “Real Madrid” səfərdə “Alaves”ə qalib gəlib (1:0). Mbappenin 38-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra Madrid klubu matçın bir hissəsini bir nəfər azlıqda keçirib. Bu, onun "Real Madrid"də ilk qırmızı vərəqəsidir.

"Bu, çətin mübarizə idi. Kilyanla danışdım, o, üzr istədi və heç bir problem yoxdur. Futbolda belə anlar olur" deyə Blanko bildirib.

Nəşrin yazdığına görə, Mbappe kobudluğa görə üzr istəmək üçün rəqibin soyunub-geyinmə otağına təkbaşına gəlib.

Mbappe bu mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.

Teqlər:

"Mbappe q\u0131rm\u0131z\u0131 v\u0259r\u0259q\u0259d\u0259n sonra \"Alaves\"in futbol\u00e7usundan \u00fczr ist\u0259yib"

Əlaqəli Xəbərlər