Menyu

Rusiya klubunun hücumçusu: "Təbii ki, Azərbaycanla bağlılığımı hiss edirəm"

Əziz Əzizli
Rusiya klubunun hücumçusu: "Təbii ki, Azərbaycanla bağlılığımı hiss edirəm"

Rusiyanın “Ximki” klubunun hücumçusu İlya Sadıqov əslən Azərbaycandan olmasından danışıb.

Operativ Media xəbər verir ki, klubun rəsmi saytına danışan Sadıqov bunları bildirib:

"Tarixi vətənim Azərbaycanla bağlılıq hiss edirəmmi? Əlbəttə ki, bəli. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam. Dili bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm".

İlya Sadıqov 2021-ci il iyulun 1-dən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Teqlər:

"Rusiya klubunun h\u00fccum\u00e7usu: \"T\u0259bii ki Az\u0259rbaycanla ba\u011fl\u0131l\u0131\u011f\u0131m\u0131 hiss edir\u0259m\""

Əlaqəli Xəbərlər