Menyu

Azərbaycanlı ağırlıqqaldıran Avropa Çempionatında 3 medal qazandı

Əziz Əzizli
Azərbaycanlı ağırlıqqaldıran Avropa Çempionatında 3 medal qazandı
1 dəq oxu

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.

Operativ Media xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.

Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.

Əlaqəli Xəbərlər