Menyu

Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

Əziz Əzizli
Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində çıxış edən Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisi bu gün ikinci matçını keçirəcək.

Operativ Media xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 12:00-da səsləndiriləcək.

Qeyd edək ki, U-17 ilk görüşdə Moldovaya 0:1 hesabı ilə məğlub olub. Komanda sonuncu görüşünü aprelin 19-da Estoniya millisinə qarşı keçirəcək.

Teqlər:

"Az\u0259rbaycan millisi G\u00fcrc\u00fcstan y\u0131\u011fmas\u0131 il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər