"Borussiya"nın hücumçusu Serxu Quirassi afrikalı futbolçular arasında Çempionlar Liqasında bir mövsümdə vurduğu qollara görə rekordçu olub.
Operativ Media xəbər verir ki, 29 yaşlı qvineyalı Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab oyununda (3:1) het-trik edib. Quirassinin hesabında 13 qol var. Əvvəlki rekordçu 2021/22 mövsümündə bir yarışda 11 qol vuran Fil Dişili Sebastien Haller idi.
“Borussiya” “Barselona”ya ümumi hesabda məğlub oldu və Çempionlar Liqasından kənarlaşdı.
Teqlər:
"\"Borussiya\"n\u0131n afrikal\u0131s\u0131 yeni rekorda imza atd\u0131"