Menyu

"Turan Tovuz" 6500 manat, baş məşqçisi isə 5 oyunluq cəzalandırıldı

Əziz Əzizli
"Turan Tovuz" 6500 manat, baş məşqçisi isə 5 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasda Premyer Liqanın 30-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Turan Tovuz” komandası 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah” klubu 500 manat cərimə edilib.

“Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı” klubunun fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilib.

“Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilib.

Teqlər:

"\"Turan Tovuz\" 6500 manat ba\u015f m\u0259\u015fq\u00e7isi is\u0259 5 oyunluq c\u0259zaland\u0131r\u0131ld\u0131"

Əlaqəli Xəbərlər