Menyu

"Qarabağ" "Azərsun Arena"da oynamaq üçün müraciət etdi

Əziz Əzizli
"Qarabağ" "Azərsun Arena"da oynamaq üçün müraciət etdi
1 dəq oxu

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını bu stadionda qəbul etmək istədiyi bildirilib. 

“Qarabağ”ın müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb. 

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək. 

Əlaqəli Xəbərlər