Menyu

Arteta "Real Madrid" matçından əvvəl Qvardiolaya zəng vurduğunu deyib

Əziz Əzizli
Arteta "Real Madrid" matçından əvvəl Qvardiolaya zəng vurduğunu deyib

"Arsenal"ın baş məşqçisi Mikel Arteta mətbuat konfransında bildirib ki, "Real"la cavab matçından (2:1) əvvəl Xosep Qvardiolaya zəng edib.

Operativ Media xəbər verir, bu haqda "Daily Mail" məlumat yayıb.

"Bu səhər "Real Madrid"lə oyundan əvvəl Qvardiolaya zəng etdim, çünki əminəm ki, indi olduğum yerdəyəm, böyük ölçüdə ona təşəkkür edirəm. Bir oyunçu və məşqçi kimi o, mənim üçün ilham mənbəyi idi və məni ikinci baş məşqçi kimi komandaya cəlb etmək qərarına gələn də o idi. Onunla "Mançester Siti"də dörd gözəl il işləmişəm və ona hər zaman minnətdar olacağam".

"Arsenal" 16 ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalında "Real Madrid"i ümumi hesabda 5:1 hesabı ilə məğlub edib. "Topçular" yarımfinal mərhələsində PSJ ilə qarşılaşacaq. İlk oyun aprelin 29-da Londonda, cavab görüşü isə mayın 6-da Parisdə baş tutacaq.

Teqlər:

"Arteta \"Real Madrid\" mat\u00e7\u0131ndan \u0259vv\u0259l Qvardiolaya z\u0259ng vurdu\u011funu deyib"

Əlaqəli Xəbərlər