Menyu

"Sabah"ın U-13 komandası "Mançester Siti"yə məğlub oldu

Əziz Əzizli
"Sabah"ın U-13 komandası "Mançester Siti"yə məğlub oldu

Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib. “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər. 

Operativ Media xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər. 

Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Komandamızın qolunu Ayxan İbadov vurub.

Teqlər:

"\"Sabah\"\u0131n U-13 komandas\u0131 \"Man\u00e7ester Siti\"y\u0259 m\u0259\u011flub oldu"

Əlaqəli Xəbərlər