17 Aprel 2025, 16:21
Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib
Azərbaycanlı hakimlər növbəti hakimlik imtahanından uğurla keçiblər.
Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib şəkil
Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib

Boks üzrə Azərbaycan referləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

Operativ Media xəbər verir ki, ədalət təmsilçilərimizin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.

Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 6-yə yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.

Son xəbərlər
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq