Ana səhifə / İdman / "Zenit" "Fənərbaxça" ilə əməkdaşlıq müqaviləsini yenilədi "Zenit" "Fənərbaxça" ilə əməkdaşlıq müqaviləsini yenilədi 17.04.2025, 20:33 Əziz Əzizli "Zenit" və "Fənərbaxça" əməkdaşlıq müqaviləsini uzadıblar. Operativ Media xəbər verir ki, bu haqda Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. “Yeni sənəd həmçinin tərəflərin marketinq, biznes və idman təbabəti sahələrində fəal əməkdaşlıq edəcəyini nəzərdə tutur”, - deyə məlumatda bildirilir. Klublar 2023-cü ilin martından əməkdaşlıq edir. O vaxtdan bəri onlar bir neçə yoldaşlıq oyunu keçiriblər. 24 turdan sonra "Zenit" lider "Krasnodar"dan 2 xal geri qalaraq, 50 xalla RPL-də ikinci pillədə qərarlaşıb. "Fənərbaxça" Türkiyə çempionatında 71 xalla "Qalatasaray"dan 3 xal geri qalaraq ikincidir. Teqlər: "\"Zenit\" \"F\u0259n\u0259rbax\u00e7a\" il\u0259 \u0259m\u0259kda\u015fl\u0131q m\u00fcqavil\u0259sini yenil\u0259di"