Şəhriyar Məmmədyarov beynəlxalq turnirə qələbə ilə başladı
Əziz Əzizli
Almaniyanın Karlsrue şəhərində "Grenke Chess" festivalına start verilib.
Operativ Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov festivalın “Freestyle Chess Open" turnirində ilk oyununu keçirib. Məmmədyarov yerli idmançı Sebastyan Laemmelə qalib gəlib.
"Grenke Chess Open"də mübarizə aparan Məhəmməd Muradlı yerli idmançı Gergel Mannı mat edib. Eltac Səfərli isə Qabriel Fernandesdən (İsveçrə) güclü olub.