Menyu

Lionel Messi: Qvardiola istəmədən futbola xələl gətirdi

Əziz Əzizli
Lionel Messi: Qvardiola istəmədən futbola xələl gətirdi

"İnter Mayami"nin hücumçusu Lionel Messi baş məşqçi Xosep Qvardiolanın futbola təsirini şərh edib.

Operativ Media xəbər verir ki, o, Qvardiolanın istəmədən oyuna xələl gətirdiyini bildirib.

"Qvardiola başqa bir dünyadır, heç kimin görmədiyi şeyləri görür. O, futbolu dəyişdirdi. Hamı bizi təqlid etmək istəyirdi. Əslində, bununla o, istəmədən oyuna xələl gətirdi. İnsanlar bunu necə edəcəyini anlamadan "Barselona" kimi oynamağa çalışdılar. Yarımmüdafiədə Xavi, Andres İnyesta və Serxio Busketsdən ibarət xüsusi komandamız var idi".

İspan mütəxəssis 2008-2012-ci illərdə "Barselona"ya rəhbərlik edib. Bu müddət ərzində o, klubla 14 kubok qazanıb.

Teqlər:

"Lionel Messi: Qvardiola ist\u0259m\u0259d\u0259n futbola x\u0259l\u0259l g\u0259tirdi"

Əlaqəli Xəbərlər