18 Aprel 2025, 13:37
Azərbaycan akrobatları Avropa çempionatında 4 medal qazandılar
Akrobatika üzrə Azərbaycan yığması Avropa çempionatında 4 medal qazanıb.

Akrobatika üzrə Azərbaycan yığması Lüksemburqda keçirilən Avropa çempionatında medal hesabını açıb.
Operativ Media xəbər verir ki, böyüklərin yarışının ilk günündə komandamız bir qızıl, bir gümüş və iki bürünc mükafat qazanıb.
Qarışıq cütlüklərdə temp hərəkətlərində qitənin ən güclüsü titulunu qoruyan Ağasif Rəhimov və Raziyə Seyidli çempion olublar.
Kişi duetlərin yarışmasında balans kompozisiyasında Daniel Abbasov və Murad Rəfiyev gümüş qazanıblar.
Kişilərin qrup yarışında isə balans hərəkətlərində Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərov bürünc medala sahib çıxıblar.
Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadın qrupu templə hərəkətlərdə üçüncü olub.