Menyu

Qurban Qurbanov: “Məqsədimiz titullarımızın sayını artırmaqdır”

Əziz Əzizli
Qurban Qurbanov: “Məqsədimiz titullarımızın sayını artırmaqdır”

2021-ci ildən bu yana rəqibinə məğlub olmayan Ağdam təmsilçisi bu dəfə də qələbə qazanmaq niyyətindədir. 2-ci pillədə qərarlaşan "Zirə" xal itirəcəyi təqdirdə, qələbə "Qarabağ"ın 12-ci dəfə ölkə çempionluğu tituluna yiyələnməsini rəsmiləşdirə bilər. 

Operativ Media xəbər verir ki, "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov "CBC Sport"a  komandanın durumu barəsində danışıb. 

O, Azərbaycan derbisinin əhəmiyyətini də vurğulayıb.

"Şükürlər olsun ki, zədəlilərimiz yoxdur. Demək olar ki, bütün zədəlilərimiz bərpa olunublar. Ümumən hazırlığımız pis deyil. Çox ciddi bir rəqibə qarşı hazırlaşırıq. Azərbaycanın bütün futbol camiəsinin gözlədiyi bir oyundur. "Neftçi" ilə oyunlarımız həmişə maraqlı keçib. Hər bir futbolçumuz bu oyuna böyük motivasiya ilə hazırlaşıb.

53 yaşlı mütəxəssis Azərbaycan Kubokundakı əsas hədəflərdən də söz açıb.

"Bizim üçün düşünürəm ki, çox ciddi bir oyun olacaq. Bu oyuna çox ciddi hazırlaşacağıq. "Neftçi" ilə oyundan sonra vaxtımız az olacaq amma, hər bir halda final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Klub olaraq, məşqçi olaraq mən də titullarımızın sayını artırmaq istəyirik. Bunun üçün hazırlıqlarımızı düzgün proqramlaşdırmalıyıq".

Teqlər:

"Qurban Qurbanov: \u201cM\u0259qs\u0259dimiz titullar\u0131m\u0131z\u0131n say\u0131n\u0131 art\u0131rmaqd\u0131r\u201d"

Əlaqəli Xəbərlər