Bu ilin I rübündə 500 milyon manata yaxın borc qaytarılıb

admin
Bu ilin I rübündə 500 milyon manata yaxın borc qaytarılıb
Azərbaycanda dövlət büdcəsi xərclərinin 486,7 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsi xərclərinin 6 %-i və yaxud 486,7 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Operativ Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,3 % azdır.

Rüb ərzində daxili dövlət borcu üzrə 110,4 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 376,3 milyon manat olmaqla (əsas borc üzrə 235,8 milyon manat, faiz borcu üzrə 140,5 milyon manat) ödənilib.

Xatırladaq ki, bu iln büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.

Digər xəbərlər