Ana səhifə / İdman / Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib 19.04.2025, 12:03 Əziz Əzizli Bakıda bədii gimnastika üzrə Dünya Kuboku beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə start götürüb. Ardınca Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb. Sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardınca bədii hissə ilə davam edib. Qeyd edək ki, yarışda 39 ölkənin gimnastları mübarizə aparırlar. Teqlər: "Bak\u0131da b\u0259dii gimnastika \u00fczr\u0259 D\u00fcnya Kubokunun a\u00e7\u0131l\u0131\u015f m\u0259rasimi ke\u00e7irilib"