Azərbaycan qrupları Kahramanmaraşda dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri xilas edib
Redaksiya
Azərbaycanın axtarış-xilasetmə qrupları Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalan 3-ü uşaq olmaqla 16 nəfəri xilas edib.
"Operativ Media" nın xəbərinə görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib ki, nazirliyə tabe olan qruplar Kahramanmaraşda dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.
Açıqlamada qrupların dağıntılar altında qalan 3-ü uşaq olmaqla 16 nəfəri xilas etdiyi, 29 nəfərin cəsədinin tapıldığı bildirilib.
Qeyd edək ki, Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində 400-dən çox Azərbaycan əməkdaşı iştirak edir .
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma